Gürcüstanda da enerji tarifləri artırılır

2016-12-21 09:00:23 / 783 dəfə oxunub

Gürcüstanın Energetika və su təchizatı üzrə Milli Tənzimləyici Komissiyası elektrik enerjisi tariflərinin artırılmasını istisna etmir. "APA-Economics” xəbər verir ki, bunu komissiyanın sədri İrina Milorava bildirib.

 

Qurum qərarını dekabr ayının 31-dək açıqlamalıdır. 

 

Tariflərin artırılması ilə bağlı bütün elektrik enerjisi və təbii qazın paylanması ilə məşğul olan şirkətlər müraciət edib.

 

"Mən tariflərin artırılacağını istisna etmirəm. Artıq dispetçer xidmətləri üçün tariflər artırılıb. Böyük ehtimalla, istilik enerjisi üçün tariflər də artacaq. Lakin idxal qiymətləri azalıb.  Başqa ölkələrdə baş verənlər bizə təsirsiz ötüşməyib. Tariflər elə səviyyədə olacaq ki, heç bir şirkət ziyanla üzləşməsin”, - deyə İ. Milorava bildirib.

 

İdxal olunan elektrik enerjisinin qiymətinin azaldılmasının səbəbinə gəlincə, bu, Rusiya tərəfi ilə müvafiq razılığın əldə olunması ilə əlaqədardır. Bununla yanaşı, Gürcüstanın qış dövründə Azərbaycan və Türkiyədən elektrik enerjisi idxal etmək imkanı var ki, bu da elektrik enerjisinin daha ucuz başa gəlməsinə şərait yaradır.

 

Qeyd edək ki, sonuncu dəfə elektrik enerjisinin tarifləri 2015-ci dəfə dəyişib. O zaman elektrik enerjisinin tariflərinin dəyişməsinə səbəb milli valyuta olan larinin kəskin ucuzlaşması göstərilirdi.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws