Berlində terror aktı törətməkdə şübhəli bilinən şəxs sərbəst buraxılıb

2016-12-21 09:50:14 / 1058 dəfə oxunub

Berlində terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan Pakistan vətəndaşı sərbəst buraxılıb.  

APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın baş prokuroru Peter Frank bildirib. Onun sözlərinə görə, saxlanılan şəxsin təqsirli olduğunu təsdiqləyən sübutların olmaması onun sərbəst buraxılmasına səbəb olub.
 
Qeyd edək ki, ötən gün naməlum şəxs tərəfindən idarə olunan yük maşını bayram yarmarkasında kütləyə çırpılıb. Nəticədə azı 12 nəfər ölüb. Sürücü saxlanılıb. "Welt"-in məlumatına görə, saxlanılan şəxs Pakistan vətəndaşı B.Naveddir.



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws