Nazirlikdə ciddi dəyişikliklər: Bəzi idarələr ləğv olundu, yeni departamentlər yaradıldı

2016-12-21 10:55:30 / 1155 dəfə oxunub

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb.

Ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi və vergi sahəsində həyata keçirilən islahatların davamı kimi, Azərbaycan Respublikası prezidentinin 4 avqust 2016-cı il tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamı ilə Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası, vergi orqanlarında kadr potensialından səmərəli istifadə edilməsi, eləcə də daha təkmil və müasir idarəetmə menecmentinin formalaşdırılması məqsədilə vergilər naziri Fazil Məmmədovun əmri ilə  Vergilər Nazirliyində aşağıdakı struktur dəyişiklikləri aparılıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, nazirin əmri ilə Vergilər Nazirliyində Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması Baş İdarəsi və Vergi auditi və operativ nəzarət Baş İdarəsi ləğv edilərək, onların bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti və Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.

Vergi ödəyicilərinə xidmət Baş İdarəsi ləğv olunaraq onun bazasında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti yaradılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər və 1 saylı Vergilər Departamentləri ləğv olunaraq, onların bazasında Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamenti yaradılıb.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws