"Real Madrid" klubu yeni rekorda imza atıb

2016-12-21 11:45:48 / 1316 dəfə oxunub

İspaniyanın "Real Madrid" klubu yeni rekorda imza atıb.

Sabahinfo.Az Report-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 2002-ci ildən çıxdığı final matçlarında məğlub olmayıb.

Komanda həmin ildən bu yana 9 dəfə finala çıxıb. Hazırda Zinəddin Zidanın rəhbərlik etdiyi komanda Çempionlar Liqası, Superkubok və klublararası dünya kubokunda birinci olub.

"Real Madrid" 9 kubokun 6-nı 2014-cü ildən sonra əldə edib.
Klubun növbəti müsbət göstəricisi məğlubiyyətsizlik seriyası ilə bağlıdır. Z.Zidanla cari ildə 3 - Çempionlar Liqası, Superkubok və klublararası dünya çempionatını qazanan komanda bu müddətdə 37 oyun keçirib və yalnız 2 qarşılaşmada məğlub olub.

Buna qədər "Real Madrid"in məğlubiyyətsizlik seriyası 34 olub.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws