Təhsil Nazirliyinə yeni səlahiyyətlər verilib

2016-12-21 14:08:22 / 383 dəfə oxunub

Orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı Təhsil Nazirliyinə yeni səlahiyyətlər verilib.

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxışı zamanı deyib ki, səlahiyyətlərə əsasən, nazirlik orta məktəb dərsliklərinin müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyətinə malik olacaq.

M. Cabbarov əlavə edib ki, dərsliklərin hazırlanması zamanı AMEA-ya bir sıra ixtisaslar üzrə məqsədli sorğular veriləcək. Nazir qeyd edib ki, bununla da ehtiyat dərsliklərin hazırlanmasında elmi potensialdan istifadə ediləcək: 

"Ümumilikdə, təhsilin məzmununun təkmilləşdirilməsi qarşıda duran əsas məsələdir. Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Dərsliklərin keyfiyyəti bağlı fikirlər səslənir və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək”.



Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws