Ehtiram Hüseynov solo-konsert verəcək

2016-12-21 14:16:05 / 657 dəfə oxunub

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, tanınmış muğam ifaçısı Ehtiram Hüseynov dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzində solo-konsertlə çıxış edəcək.

sabahinfo.az xəbər verir ki, "Vətəni sevməyən insan olmaz” adlı solo-layihə respublikanın əməkdar artisti, tarzən Əliağa Sədiyevlə birlikdə həyata keçiriləcək. "Adından və tarixindən də göründüyü kimi, bu dəfə konserti Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr etmişik. Bu mənim sayca üçüncü solo- konsertim olacaq. Hazırda məşqlərimiz davam edir. İnanıram ki, bu dəfə də muğam sevənlərin ürəyincə olan uğurlu bir konsert alınacaq”- deyə E. Hüseynov bildirib. 
Konsertin proqramını açıqlamayan xanəndə, muğam həvəskarlarına əsl bayram axşamı yaşadacaqlarına söz verib. Konsertdə ifaçını Əliağa Sədiyevin rəhbərlik etdiyi "Xarı Bülbül” muğam qrupu müşayiət edəcək. Dekabrın 29-u saat 19:00-da başlayacaq konsertə biletləri şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən və iticet.az saytından əldə etmək olar.




Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws