Səfirin öldürülməsini o qruplaşma üstünə götürdü - FƏTH ORDUSU

2016-12-21 16:24:30 / 854 dəfə oxunub

"Ceyş əl-Fəth” ("Fəth ordusu") hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.

  

APA-nın məlumatına görə, bu barədə "As-Sumariya” kanalı məlumat yayıb.

 

"Ceyş əl-Fəth” (Fəth Ordusu) Suriyanın İdlib şəhərində müxalif qrupların bir araya gələrək yaratdığı qruplaşmadır. Qruplaşmanın tərkibinə "Əl Nüsra Cəbhəsi”, "Əhrar-uş-Şam”, "Liva əl-Haqq”, "Şam Legionu”, "Cund əl-Aksa”, "Ceyşül Sünnət” və "Əcnəd əl-Şam” qrupları daxildir.

 

Hadisə ilə bağlı 13 nəfərin saxlanıldığı bildirilir. Onların arasında qətli icra edən Mert Altıntaşın anası, atası, bacısı və digər qohumları var.

 

Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb. 



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws