Dövlət qurumlarında iş saatı dəyişdirilə bilər - YENİ TƏKLİF

2016-12-21 15:16:46 / 1378 dəfə oxunub

 

"Bakı şəhərində iş saatının dəyişdirilməsi ilə bağlı müvafiq orqanlara təkliflərimizi göndərmişik".

  

 

"APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

 

 

V. Kərimlinin sözlərinə görə, paytaxt yollarında yaşanan problemlərdən biri bütün müəssisələrdə - istər dövlət, istərsə də özəl təşkilatlarda iş vaxtının saat 09:00-da başlamasıdır. "Təklif etmişik ki, iş vaxtının başlaması 08:00, 08:30 və ya 09:30 götürülsün. Bunun üzərinə ciddi iş gedir. Biz bunu ilkin olaraq dövlət qurumlarında tətbiq etməyə nail olmaq istəyirik. Əgər təklif müsbət dəyərləndirilsə, saat 09:00-dan öncə yollarda yaşanan tıxac probleminin 20%-ni həll edə bilərik. Bu, ciddi göstəricidir", - deyə baş direktor əlavə edib.                                        



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws