Putin səfir Andrey Karlov ilə vidalaşdı

2016-12-22 15:14:01 / 4141 dəfə oxunub

Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da vəzifə borcunu yerinə yetirərkən faciəvi şəkildə ölən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun xatirəsini yad edib. 

sabahinfo.Az bu barədə TASS-a istinadən xəbər verir. 

Rusiyanın başçısı diplomatla vida mərasiminin keçirildiyi XİN binasına gələrək onun tabutu önünə gül qoyub. Putin həmçinin səfirin yaxınları - anası Mariya Aleksandrova Karlovaya, mərhumun həyat yoldaşıMarina Karlovaya, oğlu Genadi Karlova və bacısı Yelena Şirankovaya başsağlığı verib. 

Karlovu şəxsən tanıyan və Rusiyanın Türkiyədəki səfirliyində uzun müddət işləyən prezidentin mətbuat katibi Dmitri Peskov da diplomatın tabutu önünə gül qoyub. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws