Türkiyədə rusiyalı səfirin qatilinin qohumları azad edildi

2016-12-22 12:35:48 / 1826 dəfə oxunub
Ankara prokurorluğu Türkiyədə qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun qatilinin altı qohumunu azad edib.  

sabahinfo.Az xəbər verir ki, bu barədə "CNN Turk” telekanalı məlumat yayıb. 

Altıntaşın atası, anası, bacısı, iki əmisi və onlardan birinin həyat yoldaşı ifadə verdikdən sonra azad ediliblər. Telekanal bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Onların həbs edilməsi üçün əsas yoxdur, onlar iş üzrə sadəcə şahid kimi ifadə veriblər. 

Diplomata hücum bazar ertəsi fotosərgidə baş verib. Polis Mövlud Mert Altıntaş bir neçə dəfə səfirə atəş açıb, yaralar ölümcül olub. 

Rusiyada diplomata hücumu terror aktı kimi qiymətləndiriblər. Qətlə görə "Ceyş əl-Fəth” Suriya koalisiyası öz üzərinə götürüb. 


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws