"Narkomandırsa, fəaliyyəti niyə dayandırılmasın?" - İcra başçısı

2016-12-22 15:30:20 / 564 dəfə oxunub

Tərtər rayonunda idman klublarının fəaliyyəti qadağan edilib.

sabahinfo.Az xəbər verir ki, modern.az-ın yaydığı məlumata görə, bu haqda rayon sakinləri bildiriblər. Xəbərə görə, Tərtər rayonunda fəaliyyət göstərən idman federasiyaları, idman klublarının fəaliyyəti dayandırılıb və bu haqda göstəriş icra başçısı tərəfindən verilib.

Məsələ ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sayta bildirib ki, İcra Hakimiyyəti belə məsələləri tənzimləmir: "Ola bilər ki, rayonda qanunsuz fəaliyyət göstərən klublar olub və onların fəaliyyəti dayandırılıb. Necə ki, bu yaxınlarda rəhbəri narkoman olan idman klubu bağlandı. Həmin klub 8 il idi ki, fəaliyyət göstərirdi. Amma onun da bağlanmasını biz icra etmədik. Bu, sırf hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir. Adam narkomandırsa, onun fəaliyyəti necə dayandırılmasın ki?"

M.Məmmədov orta məktəblərdə əlavə idman dərslərinin keçirilməsinin məhdudlaşdırıldığını etiraf edib: "Məktəb təhsil üçündür. Eyni zamanda, kimlərsə də orta məktəblərdə hansısa otaqlarda özü üçün idman dərsləri keçib pul qazanmaq istəyirsə, bu yolverilməzdir. Kiminsə təhsil müəssisəsinə göstəriş vermək ixtiyarı yoxdur ki, filankəs orada idman dərsləri keçsin".



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws