Milli Məclisin bu il üçün son iclasının GÜNDƏLİYİ

2016-12-22 15:58:59 / 1302 dəfə oxunub

"Milli Məclisin payız sessiyasının son pelanar iclası 30 dekabr tarixində keçiriləcək”.

 

Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

 

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin payız sessiyasının son plenar iclasının gündəliyinə 25 məsələ daxil edilib.

 

O deyib ki, hər ilin payız sessiyasının son iclasında "Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə dünya azərbaycanlılarına Milli Məclis adından müraciət göndərilir və o təsdiq olunur.

 

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

 

"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixindən mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi;

"Əhalinin radisasiya təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;

"Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik;

"Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik;

"Nəşriyyat işi haqqında” qanuna dəyişiklik;

"Lotereyalar haqqında” qanuna dəyişiklik;

"Təhsil haqında” qanuna dəyişiklik;

"Yaşayış yeri və ya olduğu yer haqqında” qanuna dəyişiklik;

"Qaçqınların və məcburi köçkünlərin, ölkə daxilində köçürülmüş şəxslərin statusu haqqında” haqqında qanuna dəyişiklik

"Büdcə sistemi haqqında” qanuna dəyişiklik;

Vergi Məcəlləsində  dəyişiklik;

İnzibati Xətalar Məcəlləsində dəyişiklik;

"Notariat haqqında” qanuna dəyişiklik;

"İcbari sığortalar haqqında” qanuna dəyişiklik;

"Yol hərəkəti haqqında”  qanuna dəyişiklik;

Mülki Məcəllədə dəyişiklik

"Şəhərsalma və tikinti məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik;

Mülki Prosessual Məcəllədə dəyişiklik;

"İcra haqqında” qanuna dəyişiklik;

 Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Milli Məclisinin müraciətinin təsdiq edilməsi haqqında” sənədin müzakirəsi.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws