Xalq artisti Muxtar Maniyev dəfn olunub

2016-12-22 16:05:01 / 1196 dəfə oxunub

Xalq artisti Muxtar Maniyevlə vida mərasimi başa çatıb.

sabahinfo.Az-ın APA-ya istinadla məlumatına görə, Təzəpir məscidində keçirilən vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev M.Maniyevin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirib.

Nazir qeyd edib ki, M.Maniyevin rol aldığı filmlərdə özünəməxsus yeri olub: "Muxtar Maniyevin oynadığı rollar daim tamaşaçı marağı, tamaşaçı sevgisi ilə qarşılanıb. O, hər zaman ətrafa müsbət emosiyalar bəxş edən aktyor, kino xadimi olub”.

Azərbaycan Film Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib ki, M.Maniyev Azərbaycan kino tarixində ən çox filmə çəkilən aktyorlardan biridir:

"Onun yoxluğu kinomuz üçün böyük itkidir. Muxtar müəllim son illər xəstəliklərdən əziyyət çəkirdi. Onun ailəsi, Azərbaycan dövlət bu müddət ərzində Muxtar müəllimə diqqətlə yanaşıb. Muxtar Maniyevin xatirəsi bizim qəlbimizdə hər zaman yaşayacaq və biz onu həmişə hörmətlə yad edəcəyik”.

Mərhum vida mərasiminin ardından Qala qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox filmdə müxtəlif rollar oynayıb.

Aktyor dekabrın 22-də dünyasını dəyişib.



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws