İlqar İsbatov: Bakıda bəzi “xruşşovka” binalar sökülə bilər

2016-12-22 14:10:02 / 4013 dəfə oxunub
"Bəzi "xruşşovka” tipli binaların sökülməsi gündəmdədir”.
sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

"Bakının görünüşünə ciddi xələl gətirən binaların sökülməsi nəzərdə tutulur. Bunlar əsasən 1-2 mərtəbəli binalardır. İlk növbədə, insanların həyatı üçün təhlükə yaradan və şəhərin görünüşünə xələl gətirən azmərtəbəli binalar söküləcək.

Bu proses hal-hazırda həyata keçirilən pilot layihə çərçivəsində davam edir. Məsələn, Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Nəsimi rayonlarında söküntü işləri həyata keçirilir”, - deyə İ.İsbatov bildirib.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!