Səlim Müslümov 2017-ci ilin prioritetlərini açıqladı

2016-12-22 15:20:16 / 620 dəfə oxunub

"Azərbaycan Prezidentinin mükəmməl islahatlar paketi bu sistemin əhatəliliyinin və səmərəliliyinin artırılmasına, ünvanlılıq və şəffaflığın tam təminatına əsas yaradıb. Bu sahədə görülən işlər nəticəsində əhəmiyyətli nəticələr əldə olunub. 

Növbəti ildə də qeyd olunan istiqamətdə tədbirlərin, sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına yönələn sosial proqramların, pensiya təminatı sisteminin təkmilləşdirilməsi üçün islahatların davam etdirilməsi təmin olunacaq”.

sabahinfo.Az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov "Yeni Azərbaycan Partiyasına” (YAP) müsahibəsində deyib.

"Həmçinin gələn il əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması və aktiv əmək bazarı proqramlarının, idarəetmə və xidmət sahələrində elektron texnologiyaların tətbiqinin, sosial xidmətlərin əhatə dairəsinin, əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya  imkanlarının genişləndirilməsi və s. bizim fəaliyyətimizin əsas istiqamətləri olacaq.

2016-cı il dünya iqtisadiyyatı üçün çətin bir ildir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 2017-ci ildə də Prezident İlham Əliyevin uğurlu sosial siyasət kursunun layiqli səviyyədə icrası istiqamətində səylərini daim artırmaqla, ölkəmizin inkişafı, sosial rifah səviyyəsinin yüksəldilməsi proseslərinə öz töhfələrini verəcəkdir”, - deyə nazir qeyd edib.



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws