“Qarabağ”ın məşqçisi cəzalandırılıb

2016-12-22 12:56:07 / 354 dəfə oxunub

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XIV turu və Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlarla bağlı qərarlar verilib.

 

Çempionatın "Qəbələ” – "Kəpəz” matçında meydandan qovulan Renan Da Silva 1 oyun cəzalanıb və qonaq komandanı 200 manat ziyana salıb. "Qarabağ” – "İnter” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Ruben Selles texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu üzdən də legioner çalışdırıcı 1 oyun cəzalanıb, klubu isə 800 manat cərimə olunub.

 

Kubokun "Neftçi” - "Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. "Neftçi” azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat ödəyəcək.

 

AZAL – "Qəbələ” matçında bakılıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün paytaxt təmsilçisi 800 manat cərimə olunub. "Kəpəz” – "İnter” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan gəncəlilərin də cəzası eyni olub.



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws