XİN: Konstantin Zatulin Azərbaycan-Rusiya dostluğundan narahatdır

2016-12-22 17:40:45 / 923 dəfə oxunub

"Ermənistan və erməni lobbi dairələrinin aləti olan Konstantin Zatulin Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin və mehriban qonşuluğun dinamik və ardıcıl inkişafından, eləcə də xalqlarımızı birləşdirən ənənəvi dostluqdan ciddi narahatlıq keçirir”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rusiyalı deputat Konstantin Zatulinin İrəvanda Dağlıq Qarabağın heç zaman Azərbaycana qaytarılmayacağı və Azərbaycan-Rusiya hərbi əməkdaşlığının Ermənistanın xeyrinə olmalı olduğu barədə səsləndirdiyi fikirləri şərh edərək bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafından məlumatı az olan Zatulinin bu mənada narahatlığı və məyusluğu daha da artacaq: "Çünki Azərbaycan və Rusiya arasında xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün çoxsaylı və böyük miqyaslı yeni layihələr və təşəbbüslər var”.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws