Səhiyyə Nazirliyi bəzi sənədlərin azaldılması üçün RYTN-ə təklif məktubu göndərib

2016-12-22 18:10:00 / 573 dəfə oxunub

Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2016-cı ildə Səhiyyə Nazirliyi tərəfindən "Elektron Səhiyyə” xidmətləri üzrə görülmüş işlərə dair tədbir keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə bildirilib ki, mərkəzləşmiş işə qəbul elektron xidmətinin proqram təminatı yeni qaydalara uyğun olaraq yenidən hazırlanıb və tətbiq edilib, sertifikasiya şəhadətnaməsinin gücləndirilmiş elektron imza ilə imzalanması və ərizəçiyə elektron formada göndərilməsi təmin olunub.

 

Yeni elektron xidmət olan "Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat”ın proqram təminatı hazırlanıb. Hazırda "Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətinin proqram təminatının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Elektron xidmətin 2016-cı ilin sonuna kimi yeni versiyada istifadəyə verilməsi nəzərdə tutulub.

 

Qeyd olunub ki, "Elektron xidmət növlərinin Siyahısı”nda göstərilmiş 38 elektron xidmətdən 35-i Səhiyyə Nazirliyi tərəfindən elektronlaşdırılıb. Bu xidmətlərin 33-ü "Elektron hökumət” portalına inteqrasiya edilib. Digər 2 elektron xidmətin inteqrasiya olunması istiqamətində işlər aparılır.

 

2016-cı il ərzində bir sıra elektron xidmətin təşkili zamanı tələb olunan sənəd sayı azaldılıb. Azaldılmış sənədlərə misal olaraq – Tərcümeyi-hal, Sertifikasiya şəhadətnaməsinin surəti, Sağlamlıq haqqında arayış və s. kimi göstərmək olar. Bundan əlavə, hüquqi şəxs və əmək kitabçası barədə məlumatların əldə olunaraq bu barədə tələb olunan sənədlərin azaldılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təklif məktubu göndərilib.

 

Elektron Səhiyyə rəsmi facebook səhifəsi mövcuddur və aktiv fəaliyyətdədir. Bundan əlavə, Elektron səhiyyə portalında onlayn konsultasiya xidməti yaradılıb və bunun vasitəsilə vətəndaşların elektron səhiyyə barədə bütün sualları real vaxt rejimində cavablandırılır. 2017-ci ildə Səhiyyə Nazirliyinin rəsmi internet saytının və Elektron səhiyyə portalının mobil versiyalarının hazırlanması nəzərdə tutulub.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws