Bakıda daha bir beynəlxalq avtovağzal tikilə bilər

2016-12-22 18:45:07 / 1389 dəfə oxunub

2035-ci ilədək Bakıda daha bir beynəlxalq avtovağzal inşa edilə bilər.

sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planının təqdimatı zamanı Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə deyib.

O deyib: "Paytaxtın şimal girişində sıxlığı azaltmaq üçün daha bir beynəlxalq avtovağzalın tikilməsini təklif etmişik. Bu avtovağzal Lökbatan qəsəbəsində nəzərdə tutulur və cənub istiqamətindən gələn avtobusları qəbul edəcək".

Hazırda Bakıda bir beynəlxalq avtovağzal fəaliyyət göstərir. Burada 13 beynəlxalq və 44 ölkədaxili reys həyata keçirilir.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws