"Duzlu göl" müalicə mərkəzinə çevrilə bilər

2016-12-22 18:55:24 / 1992 dəfə oxunub

Bakının Zığ ərazisindəki məşhur və hər yay mövsümündə antisanitariya şəraiti ilə gündəmə gələn "Duzlu göl"ün yaxınlığında müalicə mərkəzi yaradıla bilər.

sabahinfo.Az report-a istinadən xəbər verir ki, bu, Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş plan) təklif edilir.

Layihədə Zığ gölü ətrafında geniş rekreasiya və əyləncə əraziləri, habelə Hövsan qəsəbəsinin sahilyanı ərazilərində yüksək keyfiyyətli ticarət və yaşayış ərazilərinin salınması ideyası irəli sürülüb.
Bundan başqa, layihədə Lökbatan qəsəbəsində beynəlxalq avtovağzalın inşası, təklif edilən avtovağzala qədər yeni metro xəttinin çəkilməsi, o cümlədən yüngül sənaye sektoru üzrə ixtisaslaşmış kiçik və orta ölçülü səyane müəssisələri, fəaliyyəti yerli əmək bazarı tələbləri ilə uyğunlaşan peşə məktəbləri, logistika və təchizat ərazilərinin də salınması təklif edilir.  



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws