ŞƏHLA VAHiD - Darıxında gizlicə,çəkilirəm təkliyə

2016-12-22 19:15:37 / 94007 dəfə oxunub

SAXLA DÜŞÜM. Saxla,zaman qatarını, Tanrım,burda saxla düşüm. Anam ilə birgə sən də, Taleyimə ağla düşüm.

Qurdun,alaçıq ömrümü, Derdlərə açıq ömrümü. Bu yarı uçuq ömrümü, Uçur,bür-bük,bağla düşüm. Orda ruhum,burda cismim, Qalar intizarda cismim. Qalmasın məzarda cismim, Yer kürəsi,laxla düşüm.


DEYiL. Üfürmə,kül ürəyimə, Onsuzda közərən deyil. Az get,az gəl ürəyimə, Qırılan düzələn deyil.

Nə sən Allah,nə bəndən mən, Qaçdım,o sənli gündən mən. Nə məndən sən,nə səndən mən, Nə bizdən biz olan deyil.

Ağrıdım bu arzulardan,Yaramdakı sızılardan. Qırıq-qırıq yazılardan, Ömrümə iz olan deyil.


GÖZLƏRiMLƏ ÇƏKiRƏM.

Gözlərimlə çəkirəm, bir-bir şəkillərini.. Atıram yaddaşıma. Utancaq baxışını,o körpə gülüşünü. Küsəndə boynu bükük,sakitcə duruşunu. Darıxında gizlicə,çəkilirəm təkliyə. Tökürəm yaddaşımı. Otağın hər yanından, asıb şəkillərini.. gülüşünlə gülürəm. qaçıb şəkillərində görüşünə gəlirəm..


HAZIRDI. Hardasa vaxt arasında, Məhəbbət payın hazırdı. Səninlə bəxt arasında, Qurulub oyun,hazırdı.

il belə ötür,yüz ildi, Gümanlar itir yüz ildi. Qamışlar bitir yüz ildi, Ölçüyə boyun hazırdı.

Üz tutdun uçuq göylərə, Duan alaçıq göylərə. Əllərin açıq göylərə, Gözündə suyun hazırdı.

Görünmür odu sadəcə, Əzabdı dadı sadəcə, Məzardı adı sadəcə, Qazılıb quyun,hazırdı.


BiR SƏS ELƏ. Bir səs elə,geri dönüm, Izin yox,izin içində. Hər gün üzünü gəzirəm, Yüzlərlə üzün içində.

Sənə yüyürdüyüm yollar, Baxıb kiridiyim yollar, Yandı,yeridiyim yollar, Yeridim közün içində.

Qəlbinə yar idi,qəlbim, Həsrətdən yarıdı qəlbim. Eləcə qarıdı qəlbim, Bu qədər sözün içində. Bir səs elə,geri dönüm, Izin yox,izin içində.


BU YER ÜZÜNDƏN. Xoşbəxtliyin özü düşə izinə, Qəlbinin sevinci çıxa üzünə. Bəxtəvər deyəsən özün-özünə, Xoş olub gedəsən bu yer üzündən.

Qara fikirləri atıb başından, Dost-tanışı çıxardasan huşundan. Hər nə varsa,siləsən yaddaşından, Boş olub gedəsən bu yer üzündən.

Sayılıb,seçilib saya düşəsən, Həyatda ən gözəl paya düşəsən. Götürüb atalar Aya düşəsən, Daş olub gedəsən bu yer üzündən.


HƏR ŞEY AĞ RƏNGDƏDi. Bürünüb qar dənəsinə, gəlin köçür təbiət. Titrəyə-titrəyə gözləyir torpaq. Vağzalını xatırladır, soyuq küləyin səsi. Bu gün hər şey ağ rəngdədi, Ağ vüsal,ağ məhəbbət. Şahiddi bu nigaha, Dağlar,düzlər,yamaclar.. Qol qaldırıb oynayır, ağ paltarlı ağaclar..


ONUN SAÇLARI RƏNGiNDƏ Tamı dəyişib yuxumun, Yatanda da acı dadır. Gözümə dəyib qayıdır, Yuxu da məni aldadır. Arzularım,ümidlərim, Onun saçları rəngində.

Sanki hər fəsildə "O" var, Qarın rəngi,gülün ətri. Lap yaz da ona oxşayır. Nəfəsi yayın istisi, Payızda ona oxşayır. Onun saçları rəngində.

Bu yeriyən,bu yüyürən, Özüm boyda külüm Allah. Heç olmasa xoşbəxt ölüm, istədiyim rəngdə olsun, Göndərdiyin ölüm Allah. Onun saçları rəngində.



Son xəbərlər
Azərbaycanda qar uçqunu oldu
2017-02-17 13:56:30
Enterobioz bizquyruğu
2017-02-17 12:10:46



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws