Putin və Ərdoğan arasında telefon danışığı olub

2016-12-24 09:10:40 / 917 dəfə oxunub

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

 

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında bildirilir.


Tərəflər Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı araşdırma və Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə ediblər.

 

"Rəcəb Tayyib Ərdogan Vladimir Putini  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar aparılan istintaq barədə məlumatlandırıb.  Məsələ ilə əlaqədar Rusiya və Türkiyə hüquq-mühafizə və xüsusi xidmət orqanlarının sıx koordinasiyası qeyd edilib.  Hələb şəhərində başa çatan əməliyyata toxunan tərəflər sülh prosesinin başlanması, Suriya ərazisində hərbi əməliyyatların dayandırılması üçün münaqişənin siyasi həllində əlverişli şəraitin yaradıldığını vurğulayıblar”, məlumatda deyilir.  



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws