YAP dövlət başçısını təbrik etdi

2016-12-24 11:17:29 / 509 dəfə oxunub

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Gələcəyin Ünvanı: Prezident İlham Əliyevin İslahatlar Stategiyası” adlı konfrans keçirilir.

Konfransda baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri iştirak edirlər.


Konfransı giriş nitqi ilə açan Əli Əhmədov bildirib ki, Azərbaycan yeni inkişaf astanasındadır: "Azərbaycanda islahatlar konsepsiyası işlənib-hazırlanmaqdadır. Bu konsepsiyanın hazırlanması Azərbaycanın möhtəşəm inkişaf nümunələrini dünyaya təqdim edə biləcək”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanın keçmişdəki inkişafı nə qədər şərəflidirsə, gələcək inkişafı da elə olacaq: "Bu gün Heydər Əliyevin arzu etdiyi gələcəyi İlham Əliyev qurur. Bu gələcəkdə rifah var. Azərbaycanın inkişafı İlham Əliyevin sayəsində təmin ediləcək”.

Sonda Ə.Əhmədov YAP-ın çoxminli üzvləri adından Prezident İlham Əliyevi doğum günü münasibəti təbrik edib.

azvision.az



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws