Pensiyaçılar və tələbələrə müjdə

2016-12-24 15:22:24 / 1758 dəfə oxunub

"Sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərəcək icbari tibbi sığorta sisteminin maliyyələşməsində icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşdirilməsinin başlıça mənbəyi olacaq”.


AzVision.az-ın məlumatına görə, bunu "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" adlı konfransda çıxış edən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O qeyd edib ki, icbari tibbi sığorta həmrəylik prinsipləri əsasında fəaliyyət göstərəcək: "Bu sistemdə aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad ediləcək. İcbari tibbi sığortanın tətbiqi üçün hazırlanan baza zərfi dövlət və sığorta təminatından ibarətdir. Zərfə 1800-dən çox müalicə, müayinə xidmətləri daxil edilib. Buraya terapevtik müalicələrin çox hissəsi daxil edilib ki, onların da xərcləri icbari tibbi sığorta sistemi tərəfindən qarşılanacaq”.



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws