Azərbaycanda “Asan qatar” sistemi yaradılacaq

2016-12-24 15:25:38 / 1811 dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Asan qatar” sisteminin yaradılması nəzərdə tutulur.

Sabahinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" adlı konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, bu sistem dövlət orqanları xidmətlərinin vətəndaşlara göstərilməsinə imkan verəcək. Bununla yanaşı, bu yaxınlarda Bakıda Asan Kommunal Mərkəzi də yaradılacaq.

İ.Kərimov qeyd edib ki, artıq Prezident tərəfindən dövlətin idarəedilməsi, onun modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu islahatların tərkib hissəsi kimi 4 il əvvəl "Asan xidmət" yaradılıb. Bu gün "Asan xidmət" bir çox qurumlarla əməkdaşlıq şəraitində çalışır.

İ.Kərimov onu da əlavə edib ki, bu günədək "ASAN xidmət"ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir:"Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün priotitet sahədir. Azərbaycan brendi olan "Asan xidmət" dünya səviyyəsində də tanınıb. "Asan xidmət" korrupsiyaya qarşı uğurlu bir modeldir".


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws