Gəncədə 55 ailəyə yeni mənzil verilib

2016-12-25 21:08:32 / 922 dəfə oxunub

Gəncədə qəzalı evləri sökülən 55 ailəyə tam təmirli və daha geniş mənzillər verilib.Nazirlər Kabinetinin qərarı ilə Gəncə şəhərində Cavad xan 34, Atatürk prospekti 264 və 266 ünvanlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlər söküldükdən sonra əvəzinə müasir üsul ilə tikilmiş 55 mənzilli bina sakinlərin istifadəsinə verilib.  sabahinfo.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının Elmar Vəliyev yaşayış üçün yararsız mənzillərdə yaşayan sakinlərin istəklərinin nəticəsiz qalmadığını bildirib. Mənzillərin bölüşdürülməsinin tam şəffaf şəkildə aparıldığını deyən şəhər rəhbəri binanın yüksək keyfiyyətlə tikildiyini və yeni mənzillərin sahələrinin əvvəlkilərdən böyük olduğunu xüsusi vurğulayıb. Elmar Vəliyev həmçinin 2017-ci ildən şəhərdə tikiləcək yaşayış binaları, zavod, orta və məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verib.

 

Sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının Elmar Vəliyev sakinlərlə birgə binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsiblər. Elmar Vəliyev sakinlərə mənzillərin açarlarını verərək, yaşayış üçün hər bir şərait yaradılmış mənzillər ilə yaxından tanış olub.



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws