Belarus prezidenti ölkədə matəm elan etdi

2016-12-25 22:37:14 / 521 dəfə oxunub

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar ölkədə 26 dekabr tarixində matəm elan edib.

sabahinfo.Az xəbər verir ki, "Qafqazinfo” "Gazeta.ru”ya istinadən məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidmətindən bildirilib.

Lukaşenkonun sözlərinə görə, təyyarənin qəzaya düşməsi ilə bağlı xəbərə bütün belaruslar biganə qalmayıblar.

"Bu, faciədir, bizim ümumi ağrımızdır və Belarus bu gün Rusiya ilə birlikdə kədərlidir. Bu, çətin dəqiqələrdə biz kədərimizi paylaşırıq”, - A.Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı başsağlığı məktubunda bildirilir.

Belarus dövlət başçısının əmrinə əsasən, 26 dekabrda prezident iqamətgahının qarşısında və bütün digər dövlət qurumlarının binası önündəki dövlət bayraqları endiriləcək, şou və əyləncə tipli verilişlərin yayımı dayandırılacaq.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi bu gün havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. Onun göyərtəsində 83 sərnişin və 8 ekipaj üzvünün olduğu deyilir.

Soçidən qalxan təyyarənin Suriyanın Latakiya bölgəsinə uçduğu bildirilir.



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws