Ərdoğan Putinə başsağlığı verib

2016-12-25 21:10:04 / 1200 dəfə oxunub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Soçi yaxınlığında baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

 

APA-nın xəbərinə görə, bu barədə Kremlin məlumatında deyilir.

 

"Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan prezident Vladimir Putinə zəng edərək təyyarə qəzası ilə əlaqədar  səmimi başsağlığını bildirib", məlumatda bildirilir.

 

Tərəflər həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər. Söhbətdə hazırda Rusiyada səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak edib.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws