Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən var - YENİLƏNİB

2016-12-26 12:24:11 / 352 dəfə oxunub

Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. Sabahinfo.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 25-də saat 07 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Balaxanı qəsəbə sakini qabil Ələkbərov idarə etdiyi "Otoyol" markalı 105 saylı xətt avtobusu ilə yolu keçən Lerik rayon sakini Zəminə Əliyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

10:21

 

Bakıda sərnişin avtobusu ağır qəza törədib. Sabahinfo.az-ın məlumatına görə, Sabunçu rayonu ərazisində Zabrata gedən yolda (SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında) 105 saylı xətt üzrə hərəkət edən "Otoyol” markalı, 10 TD 084 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu qadını vurub. Ağır xəsarət alan 1971-ci il təvəllüdlü Zəminə Əliyeva hadisə yerindəcə keçinib.

 

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws