Rusiyalı müstəntiqlər Ankara Baş Prokurorluğunda

2016-12-26 23:01:59 / 555 dəfə oxunub

Səfir Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar istintaqda iştirak etmək üçün Türkiyəyə səfər edən rusiyalı müstəntiqlər Ankara Baş Prokurorunun müavini Cem İşçimenlə görüşüblər.

 

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş iki saatadək davam edib.

 

Görüşün təfərrüatları barədə məlumat verilmir.

 

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws