“Çelsi” rekorda imza atdı

2016-12-27 09:00:15 / 561 dəfə oxunub

İngiltərə Premyer Liqasının 18-ci turunda "Çelsi” öz meydanında "Bornmut”u 3:0 hesabı ilə məğlub edib.

 

Sabahinfo.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu qələbə sayəsində London klubu rekorda imza atıb. Belə ki, "Çelsi” tarixində ilk dəfə olaraq Premyer Liqada ardıcıl 12 qələbə qazanıb.

 

"Zadəganlar”ın buna qədərki ən yaxşı göstəricisi ardıcıl 11 qələbə idi. Komanda bu uğura ilk dəfə 2009-cu ilin aprel-sentyabr aylarında imza atmışdı.

 

Qeyd edək ki, 18 turdan sonra Antonio Kontenin komandası 46 xalla Premyer Liqanın vahid lideridir.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws