Silah satışı üzrə lider ölkələrin adları açıqlanıb

2016-12-27 09:11:24 / 835 dəfə oxunub

Rusiya 2015-cı ildə silah ixracına görə dünyada ABŞ və Fransadan sonra üçüncü olub.

Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "New York Times" qəzeti xəbər verib.
 
Rusiya 2015-ci ildə 11,1 mlrd. dollar dəyərində silah satıb. Bu, 2014-cü il ilə müqayisədə bir qədər azdır (11,2 mlrd.).
 
Dünyada ən çox silah satan ölkə, əvvəlki kimi,  ABŞ-dır. 2015-ci ildə bu ölkə 40 mlrd. dollar dəyərində silah ixrac edib. İkinci yerdə Fransa qərarlaşıb - 15 mlrd. dollar. Çin 2015 ildə 6 mlrd dollar dəyərində silah ixrac edib.
 
Silah idxal edən ölkələrin siyahısına Qətər başçılıq edir. 2015-ci ildə bu ölkə 17 milyard dollarlıq silah alıb. 12 mlrd. dollarlıq silah idxal edən Misir ikinci yerdə qərarlaşıb. İlk üçlüyü Səudiyyə Ərəbistanı tamamlayır - 8 milyard dollar.
 
2014-cü ildə dünyada silah satışının ümumi həcmi 89 mlrd. dollar təşkil etdiyi halda, 2015-ci ildə müvafiq göstərici 80,0 mlrd. dollaradək düşüb.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws