Bakıda qaz borusu partladı - GÜCLÜ YANĞIN BAŞLAYIB

2016-12-27 10:52:38 / 2556 dəfə oxunub

Bu gün saat 10 radələrində Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb. Lent.az-ın məlumatına görə, Səngəçal qəsəbəsi yaxınlığından keçən boru xəttində başlayan alışma şiddətlənib və güclü yanğına keçib.

 

Dövlət Yanğından Mühafizə Xidmətindən Lent.az-a bildirilib ki, yanğın ərazidən keçən qaz borusunda baş verib. Əraziyə xeyli texnika və yanğınsöndürən cəlb edilib.

 

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə vasitəsi ilə bildirib ki, hadisə Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində baş verib. Burada "Azəriqaz”ın Qaz İxracı İdarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xətti partlayıb. Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə məlumat yoxdur.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws