TRT-1 kanalının Azərbaycanda yayımı bərpa olunacaq

2016-12-27 18:12:57 / 1049 dəfə oxunub

Türkiyənin TRT-1 telekanalının Azərbaycanda yayımı bərpa oluna bilər.

Sabahinfo.az xəbər verir ki, bu barədə Trend-ə TRT-nin Bakı nümayəndəliyindən bildiriblər.

Nümayəndəlikdən deyiblər ki, telekanalın gələn ilin yanvar ayında rəqəmsal yayımı gözlənilir:

"Hazırda danışıqlar aparılır, müvafiq sənədlərin imzalanacağı gözlənilir".

 

Qeyd edək, rəqəmli yayımla bağlı müqaviləsi olmadığına görə noyabrın 1-dən TRT-1-in Azərbaycanda yayımı dayandırılıb.

Xatırladaq ki, noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si isə bölgələrdə analoq TV yayımı dayandırılıb.

 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws