İmişlidə ağır qəza, səkkiz yaralı var

2016-12-27 21:26:38 / 349 dəfə oxunub

İmişli rayonunda ağır yol qəzası baş verib.

Sabahinfo.Az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun "Dördyol ayrıcı” adlanan ərazisində qeydə alınıb.

Belə ki, İmişlidə məskunlaşan Füzuli rayon sakini, 58 yaşlı Fərmail Əlheydər oğlu Qasımovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillə İmişli sakini, 34 yaşlı Yengibar Yadigar oğlu Abışovun idarə etdiyi "VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü, "VAZ-2106”da olan Füzuli rayon sakinləri - 53 yaşlı Elmira Adışirin qızı Cəfərova, onun bacısı, 45 yaşlı Züleyxa Cəfərova, 14 yaşlı Bəsti Elxan qızı Cəfərova, 12 yaşlı Elşad Elxan oğlu Cəfərov, 28 yaşlı Gülnar Cəfər qızı Əliyeva və Dərya Pərviz qızı Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws