Bakıda bayram konserti təxirə salınıb

2016-12-27 17:35:13 / 699 dəfə oxunub

Dekabrın 31-də Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda ənənəvi konsert proqramı keçirilməyəcək.

Sabahinfo.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. 

İdarə rəsmisinin sözlərinə görə, bu günə kimi parkda keçirilən konsert layihələrinə Bakı Şəhər İcra Hakimiyyəti cavabdehlik daşıyıb.

Nazim Məcidov dekabrın 31-də Dənizkənarı Milli Parkda bununla belə atəşfəşanlığın olacağını vurğulayıb:

"Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti bizə müraciət edib. Atəşfəşanlıq üçün qurğular gətirilib və onların yerləşdiriləcəyi ərazilər müəyyənləşdirilib”.



Son xəbərlər
Azərbaycanda qar uçqunu oldu
2017-02-17 13:56:30
Enterobioz bizquyruğu
2017-02-17 12:10:46



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws