Türkiyədən Suriya ilə bağlı XƏBƏRDARLIQ

2016-12-27 21:55:36 / 1225 dəfə oxunub

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş KİV nümayəndələrini Suriyada çəkildiyi iddia olunan videoların yayılması zamanı diqqətli olmağa çağırıb.

Sabahinfo.Az Trend-ə istinadən bildirir ki, ilin yekunlarına həsr olunan brifinqdə çıxış edən nazir müavini deyib: "Sosial KİV-lər məsuliyyətsiz nəşrlər üçün platforma deyil. Türkiyə faktiki olaraq İŞİD terror təşkilatı ilə müharibə vəziyyətindədir. Türk vətəndaşlarına müxtəlif videokadrların yayılması ilə təsir etmək vətənpərvərlik deyil."

N.Kurtulmuş onu da qeyd edib ki, terrorçular insanlar arasında qorxunun yayılması üçün bütün çirkin yollara və vasitələrə əl atmağa hazırdır.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws