Günay Fuad qızı Abdullayevadan - Yüz kədər,yüz sitəm bağla nə fayda

2016-12-27 22:36:30 / 14183 dəfə oxunub

Gecədən bir şeir qopardım sənə

Gecədən bir şeir qopardım sənə, Qoy osa söyləsin,sağır sevgimi. Gecədən bir şeir qopardim sənə, Söyləsin o aciz,fağır sevgimi.

Söyləsin gözümün nəmini daha, Söyləsin içimin qəmini daha, Tanıtsın dünyanın dəmini daha, Gecədən bir şeir qopardım sənə.

Gözümün qubarın itirəydi o, Səni ürəyimdə bitirəydi o, Ya əlindən tutub,gətirəydi o, Gecədən bir şeir qopardım sənə.

Səni tanıdığım günə qayıtsın, Gəzib dörd yanını yenə qayıtsın, Ətrini gətirsin,mənə qayıtsın, Gecədən bir şeir qopardım sənə.

Yuxuya gedəydim kaş ki,indicə, Yuxuma girəydin,sən də bu gecə, Səninçün,səninçün darıxdım necə, Gecədən bir şeir qopardım sənə.

Görərdi gözünü,gözüm gözündə, Görərdi özünü,özüm özündə, Tutub saxlamışam,göyün üzündə, Gecədən bir şeir qopardım sənə.

Uçub xəyallarim,göyün üzünə, Baxıram,baxıram yerin üzünə, Hədiyyə edəcəm,sənin özünə, Gecədən bir şeir qopardım sənə.

Nitqim quruyaydı,lal olaydım kaş, Ayın üzündəki xal olaydım kaş, Gecəyə uzanan yol olaydım kaş, Gecədən bir şeir qopardım sənə.

Yaşamaz,yaşasa vüqarsız insan, Olmayıb qəhərsiz,qubarsız insan, Olsam da sevgidə,nübarsız insan, Gecədən bir şeir qopardim sənə...


Mənə şeir yaz...

Gəl,mənə bir şeir yaz, Bir şeir,yaz ətrimə. Bir az sev,bir az deyin, Ancaq dəymə xətrimə.

Yağdır söz yağışını, Qoy islanım çətirdə. Elə yaz ki,şerimi, Aciz qalsın sətir də.

Ürəyindən üzülüb, Ensin əlinə sənin. Dodagından süzülüb, Düşsün dilinə sənin.

Doğulsun arzularım, Qanad açım səmaya. Elə şəfəqlənim ki, Tay et günəşə,aya.

Qəmimi,köksünə çək, Dərdimi bil özümdən. Bir gülək,bir aglayaq, Yaşımı sil gözümdən.

Gəl,mənə bir şeir yaz, Bir şeir yaz,ətrimə. Bir az,bir az deyin, Ancaq dəymə,xətrimə...


Səninçün...

Sanki yaşayan bir ölüyəm gülüm, Bəlkə də həyatda,yoxam səninçün. Kədər bağçasının gülüyəm,gülüm, Zövq ilə,seyr elə,çoxam səninçün.

Odladın sinəmi,yandım odunda, Yoxdu hicranından,o şux qadin da, Hər gecə bir şeir,şam işığında, Yazdıqca,köksümü sıxam səninçün.

Qoxlayıb,həsrətin dar köynəyini, Sevdim,bilməyirəm,axı nəyini? Ala bilməyirəm,sənin iyini. Əbədi ayriliq,qoxam səninçün...

Günay,ömür nağıl,ağla nə fayda, Yüz kədər,yüz sitəm bağla nə fayda, Sıxıb,kamanında saxla,nə fayda, Məhvərindən çıxan,oxam səninçun. Bəlkə də,həyatda yoxam səninçün...


Deyiləm

Bitir taleyimdə,bitir ozünü, Bəsdir həsrətinə,dözən deyiləm. Yetir taleyimə,yetir özünü, Sənsiz məcnun kimi,gəzən deyiləm.

Sınıq aynaların şüşəsi kimi, Ölü bir matəmin guşəsi kimi, Yetimin bir quru nəşəsi kimi, Qəlbimi səninlə üzən deyiləm.

Suya həsrət qalan,cığırlar kimi, Səs-küyü duymayan,sağırlar kimi, Qəlbinə girərək,oğrular kimi, Səni gözləməkdən,bezən deyiləm.

Üstümü alsa da,duman da,çən də, Nə tapdım,bilmirəm,nə tapdım səndə, Səni arayıram,mən hər yetəndə, Heç kimdə əksini,sezən deyiləm.

Viranə könlümün,od parçasisan, İçimin matəmi,sevgi yasısan, Sən bu məhəbbətdə,hələ naşısan, Sənin hər nazına,dözən deyiləm..



Son xəbərlər
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32
Heyrətləndirən Tərtər
2017-01-17 17:32:12
Millimizin yubiley gecəsi
2017-01-17 15:09:05
4 nazir vəzifədən getdi
2017-01-17 14:54:03



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws