Nigar Şəmsəddin - Səni xəyalda tapdım

2016-12-28 14:58:11 / 15312 dəfə oxunub

Səni xatırladım 

Səni xatırladım, sənsiz olanda,
Səni xatırladım, güllər solanda.
Səni xatırladım, qəlbim dolanda,
Səni itirdiyim o gün, o andan.

Gözlərim yolunda, gözlədim səni,
Hər gəlib-gedəndən gözlədim səni
Gəlmədin, gəlmədin unutdun məni,
Bir xatirə oldun mənə o, andan


Sənsizəm

Nədən oldu bu ayrılıq ,
Düşdük həsrətin oduna
Həsrət qalıbdır eşqimiz,
Hicran salıbdı toruna.
Yollarımız ayrılıbdı,
Elə bilmə ki dərdsizəm,
Artıq əzizim mən sənsizəm.

Darıxdım

Yenə darıxdım sənsiz,
Xəyalım yanındadır.
Sən başqa bir xəyalda,
Həsrətin canımdadır.
Mən səndən çox uzaqda,
Sən mənim yanımdasan.
Xəyalınla əylənnəm,
Gecedə yuxumdasan.
Xəyalın qovur məni,
Səni xəyalda tapdım.
Bilirsənmi əzizim,
Sənsiz necə darıxdım

Xatırlayıram

Bir ağac kölgəsində,
Səni xatırlayıram.
Sığınıb xəyalıma,
Ötən günlərim üçün.
Düşünüb ağlayıram.
Xəyal yorsa da məni
Eşqimdən yorulmaram,
Bir ağac kölgəsində,
Səni xatırlayıram.

 

O sənin deyil

Mən səni sevdiyimi
Heç zaman bilməyəssən
Bu sevgimlə nə vaxtsa
Əylənib gülməyəssən
Bu gün mən  bilmişəm ki
Sən başqasını sevirsən
O qızın sevdiyi var
Sən bunu bilə-bilə
Yenə onu sevirsən
Nigar  Şəmsəddin
Nə verdin mənə
Mən səni dəli olacaq qədər sevdim ,
Sənə şeirlər həsr etdim.
Hər şeiri sənə oxudum,
Qəlbinə yol tapar deyə.
Bəs sən,
Əvəzində nə verdin mənə.
Əbədi bir həsrət,
Heç dönüb baxdınmı.
Tərk etdin məni,
Bir gedışinlə.
Özün bilə-bilə bunu etdin,
Məni tərk edib getdin.

Getmə

Getmə uzaqlara mənsiz,
Qəlbim yoxluğuna dözməz
Məni duymadın
Məni anlamadın
Qəlbimlə bacarmıram
Sənsiz səni axdarıram
Hər yerdə
Sən məni başqasına dəyişsəndə
Mən dəyişə bilmirəm
Aylarımı illərimi də tək başa vuracam

Bilirsənmi

Necə keçir bilirsənmi,
Sənsiz ötən anlarımı
Günüm keçir qəm-qüssədə,
Səni düşünəndə  mən.
Dəyişdinmi məni yada,
İndi əylənirsən onunla.
Heç düşünmürsənmiki sən,
Etdiklərin günahı ilə .
Səni bağışlayarammı mən?
Əsla yox .
Amma mən səndən ,
Uzağlara
Gedə bilmədim.
Sənsiz ötən günlərimə,
Birdə sənə ,
Ləhnət olsun dedim


Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws