Tramp xüsusi nümayəndəsini təyin etdi

2016-12-28 09:45:03 / 925 dəfə oxunub

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ceyson Qrinblattı beynəlxalq danışıqlarda xüsusi nümayəndə vəzifəsinə təyin edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə gələcək prezidentin qərargahından bildirilib.

 

Məlumata əsasən, "Trump Organization”un baş hüquqşünası vəzifəsində çalışan Ceyson Qrinblatt "bütün beynəlxalq danışıqlarda və bütün dünyada ticarət sazişlərinin əldə olunmasında  yardım göstərəcək”.   

 

Tramp Qrinblattı etimad göstərdiyi ən yaxın müşavirlərindən biri  hesab edir.

 

"Onun çox ciddi sazişlər üzrə mənim adımdan danışıqlar aparmaq təcrübəsi var. O, həmçinin tərəflərlə razılıq etməyi və mürəkkəb məsələlər üzrə konsensusa nail olmağı bacarır”, - deyə Tramp qeyd edib.     



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws