Bakıda yol verməmək üstündə avtobus sürücüsünü belə döydülər – VİDEO

«KİA»nın sürücüsü avtobusu sıxışdırıb, sonra isə dostu ilə birlikdə sürücünü döyüb

2016-12-28 12:44:04 / 1147 dəfə oxunub

Bakıda minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin yol verməmək üstündə avtobus sürücüsünü döyüb. Hadisə dekabrın 26-da, saat 12.40 radələrində Yasamal rayonu ərazisində baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, döyülən avtobus sürücüsü «Xaliq Faiqoğlu» MMC-yə məxsus 96 saylı marşrutda çalışır. Belə ki, 96 saylı manşrut üzrə hərəkət edən 10-TG-042 dövlət nömrə nişanlı avtobusun yolunu kəsərək qəza şəraiti yaradan «KİA» markalı, 90-RG-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtobusun qarşısına keçərək müxtəlif hərəkətlərlə yolu kəsib və avtobus sürücüsünü qıcıqlandırıb. Təqdim olunan videodan da göründüyü kimi, avtobus sürücüsü onlara irad bildirdikdə söyüşlə üzləşib və avtobusu saxlayaraq onlarla söhbət etmək üçün yerə düşüb. Bu zaman «KİA»-nın sürücüsü və yanındakı sərnişin avtobus sürücüsünə hücum çəkərək onu döyməyə başlayıblar. Onları sərnişinlər sakitləşdirib. Dava nəticəsində avtobus sürücüsünün alnı partlayıb və qan içində avtobusa qayıdaraq yoluna davam edib.

Şahidlər bildirib ki, həmin avtobus dayanacaqdan tərpənəndən az müddət sonra irəlidə yolun hərəkət hissəsində şəxsi avtomobilini saxlayan tanımadığı şəxs avtobus sürücüsünün avtobusu guya onun avtomobilinə çox yaxın sürdüyünü, az qala onun avtomobilini "sürtdüyünü” əsas gətirərək, avobus sürücüsünü "çoban” və sair ifadələrlə təhqir edib. Bu təhqiri eşidən avtobus sürücüsü avtobusu yolun kənarında saxlayıb məsələyə aydınlıq gətirmək üçün aşağı düşdükdə isə döyülüb.

Artıq «Xaliq Faiqoğlu» MMC-nin rəhbərliyi Daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edərək həmin sürücünün və yanındakı şəxsin tapılıb cəzalandırılmasını xahiş edib.





Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws