DTX üç mütəşəkkil qrupu ifşa edib

2016-12-28 20:04:52 / 1971 dəfə oxunub

Respublikamızda xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirən 3 mütəşəkkil qrup ifşa edilib. sabahinfo.az saytı xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatına görə, ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya hallarına, "qara bazar” adlandırılan və rəsmi valyuta məzənnəsi ilə hesablaşmayan alternativ valyuta bazarının fəaliyyətinə dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə araşdırılarkən hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib, hüquqazidd fəaliyyətlərinin qarşısı alınıb.

Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - N.Mustafayev, K.Yusubov, E.Aslanov, F.Əliyev, Ə.Rzayev, S.Yusubov, X.Yusubov, E.Eldarov, T.Mirzəliyev, R.Aslanlı və digərləri 2016-cı il dekabrın 27-də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws