Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

2016-12-28 23:31:39 / 376 dəfə oxunub

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Rusiya və Azərbaycanın  gənclər birliklərinin nümayəndələri və rəsmi qonaqlar iştirak edib.

 

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin  (AMOR) idarə heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyeva adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, təşkilatın 2016-çı ildəki fəaliyyəti barədə məlumat verib.

 

Emin Hacıyev qeyd edib ki, başa çatmaqda olan il AMOR üçün uğurlu olub: "Leyla Əliyevanın rəhbərliyi ilə təşkilat bir sıra yeni layihələr həyata keçirib. Birliyin üzvlərinin sayı ilbəil artır. Hazırda Rusiya Federasiyasının 60-dən çox regionunda bu təşkilatın bölmələri fəaliyyət göstərir. AMOR Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq edir".


Çıxış edən Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum ölkəmizin son illərdə qazandığı uğurlardan söz açıb. O, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən AMOR-un fəaliyyətini yüksək qiymətləndirib.

 

Rusiyadakı Türkiyə diasporasının rəhbəri Yusif Şən Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin səyi nəticəsində üç ölkə arasında yaranan strateji əməkdaşlıq münasibətlərindən danışıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətləri əvəzsizdir.


Sonra AMOR-un regional bölmələrinin nümayəndələrinin təbrik videoları nümayiş olunub. Rəsmi hissədən sonra milli musiqi və rəqslərdən ibarət konsert proqramı nümayiş olunub. 



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws