Kerri: “Qüds İsrail və Fələstinin paytaxtı olmalıdır”

2016-12-29 09:30:31 / 1508 dəfə oxunub

Qüds həm İsrail, həm də  Fələstinin paytaxtı olmalıdır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

 

O, həmçinin İsraili öz təhlükəsizliyini təmin etmək naminə Fələstin ərazilərinin işğalına son qoymağa çağırıb. C.Kerrinin sözlərinə görə, rəsmi Tel-Əviv və Fələstin muxtariyyəti sülh prosesinin nizamlanmasının pozulma təhlükəsinə görə məsuliyyət daşıyırlar.

 

"Nə məskunlaşma siyasətinin yeridilməsi, nə də terror bu prosesə uğur gətirə bilməz”, deyə C.Kerri bildirib. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws