"İnter"in futbolçusu Braziliyaya gedir

2016-12-29 09:40:30 / 566 dəfə oxunub

İtaliya "İnter"inin yarımmüdafiəçisi Felipe Melo komandasını tərk etmək fikrinə düşüb.

sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirmək qərarına gəlib.

Belə ki, Melo "Palmeyras"ın təklifini müsbət qarşılayıb. Tərəflər arasında ilkin razılığın əldə olunduğu haqda məlumat yayılıb.
 
Bu keçid reallaşarsa, 33 yaşlı oyunçu yeni klubu ilə 3 illik müqavilə bağlayacaq və aylıq məvacibi 85 min avro təşkil edəcək.
 
"Sao Paulo" və "Valensiya"nın da gündəmində olan Melonun "Palmeyras"a transferinin gerçəkləşməsi üçün yalnız iki klub arasında razılığın əldə edilməsi qalıb.  
 
Qeyd edək ki, "İnter"də əsas heyətə düşməkdə çətinlik çəkən Felipe Melo bu mövsüm 10 oyunda ümumilikdə 499 dəqiqə mübarizə aparıb. 



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws