Obama ilə Tramp arasında telefon danışığı olub

2016-12-29 10:50:06 / 406 dəfə oxunub

ABŞ Prezidenti Barak Obama və yanvar ayında onu əvəz edəcək Donald Tramp arasında növbəti telefon danışığı olub.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp bildirib.

 

"O mənə zəng etdi. Aramızda olduqca xoş söhbət oldu. Bir çox məsələləri müzakirə etdik. Münasibətlərimiz xoşdur. Mənim qərargahım ilə Ağ Ev administrasiyası arasında olduğu kimi”, deyə D.Tramp qeyd edib.

 

Ağ Evin yaydığı açıqlamada isə bildirilir ki, siyasətçilər növbəti bir neçə həftə ərzində mütəmadi olaraq əlaqə saxlamaq, yanvarın 20-dək komandaları arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

 

Qeyd edək ki, bundan əvvəl Donald Tramp səlahiyyətləri bitmək üzrə olan Barak Obamanın ona hakimiyyəti rahat şəkildə ötürmədiyini və maneələr yaratdığını bəyan etmişdi.



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws