Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək

2016-12-29 14:19:04 / 456 dəfə oxunub

Milli Məclisin 2016-cı ilin payız sessiyasında son iclası dekabrın 30-da keçiriləcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif TəvəkküloğluAzVision.az-a bildirib ki, iclasın gündəliyinə 25 məsələ daxildir.


Bunlar "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Lotoreayalar haqqında”, "Nəşriyyat işi haqqında”, "Təhsil haqqında”, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” , "Büdcə sistemi haqqında”, "Notariat haqqında”, "Yol hərəkəti haqqında”, "İcbari sığortalar haqqında” və sair qanunlara, o cümlədə Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişikliklər olacaq.

İclasın sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws