Yol polisi sürücülərə müraciət etdi

2016-12-29 14:26:48 / 712 dəfə oxunub

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq:

"Bununla əlaqədar yollarda, xüsusilə də respublika əhəmiyyətli yollarda nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunacaq. Ona görə də səfərə çıxan sürücülərə sürət həddinə və ötmə qaydalarına düzgün riayət etməyi tövsiyyə edirik. Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq və bu günlər ərzində yol-hərəkət qaydalarına əməl edilməsini təmin etmək, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə hallarının qarşısınının alınması məqsədilə respublikanın avtomobil yollarında, o cümlədən yerli əhəmiyyətli yollarda mütəmadi reydlər keçiriləcək. Ona görə də sürücülərdən xahiş olunur ki, bayram günlərində qaydalara ciddi riayət etsinlər və sərxoş vəziyyətdə sükan arxasında əyləşməsinlər”.

K.Əliyev həmçinin, piyadalara da müraciət edib:

"Bu bayram günlərində, xüsusilə paytaxt Bakıda gəzintiyə çıxan insanların sayı çox olacaq. Buna görə də piyadalardan da çox xahiş edirik ki, yolu onlar üçün müəyyən olunmuş yerlərdən keçsinlər, yolun hərəkət hissəsinə çıxmasınlar, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər”



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws