Milli Məclis dünya azərbaycanlılarına səsləndi

2016-12-30 14:00:49 / 561 dəfə oxunub

Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, Azərbaycanın dünyada söz sahibi olması dünyada yaşayan soydaşlarımızın qəlbini fərəh hissi ilə doldurur.

Qeyd olunur ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli dünya azərbaycanlılarının birgə səyindən asılıdır: "Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin inkişafına mane olan bu problemi aradan qaldıra bilər".

Müraciətdə vurğulanır ki, dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunmasıdır və bu, dünya azərbaycanlılarının birliyindən asılıdır.

Müraciətdə milli mənəvi dəyərlərin qorunmasına çağırış edilib.

Daha sonra Milli Məclisin spikeri Oqtay Əsədov deputatlar adından Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib və uğurlar arzulayıb.

XXX

Azərbaycan Milli Məclisinin 2016-ci ildə sonuncu plenar iclası başa çatıb. APA-nın məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.
 
MM sədri payız sessiyası dövründə Milli Məclisin məhsuldar fəaliyyət göstərdiyini bildirib.
 
Onun sözlərinə görə, payız sessiyası dövründə 195 qanun və qərar qəbul edilib. Milli Məclisin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib: "Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyiblər".



Son xəbərlər
6 otaqlı evdə yanğın olub
2017-01-22 22:00:23
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws