Gürcüstanda seçki zamanı saxlanılan azərbaycanlı gənclər sərbəst buraxıldı

2016-12-30 15:00:36 / 1373 dəfə oxunub

Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər məhkəmə zalından sərbəst buraxılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə saxlanılan şəxslərin yaxın qohumları bildiriblər.

 

Rustavi şəhərində baş tutan məhkəmə prosesi azərbaycanlı gənclərin məhkəmə zalından buraxılması ilə nəticələnib. Azad olunan gənclərə Gürcüstan Cinayət Məcəlləsinin 206-cı maddəsinin müvafiq bəndinə əsasən, 5 min lari cərimə kəsilib. Cərimə bir ay müddətinə ödənilməlidir.
 

Xatırladaq ki, oktyabrın 2-də Marneuli rayonunun Qızılhacılı kənd orta məktəbində yaradılan 48-ci seçki məntəqəsində səsvermə zamanı qarşıdurma baş verib. Hadisə yerinə polis qüvvələri və xüsusi təyinatlılar cəlb edilib. Nəticədə bir neçə polis xəsarət alıb. Qarşıdurmadan sonra hadisədə iştirak edən 6 azərbaycanlı saxlanıb. Sonradan onlardan biri azad edilib. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws